İdman

Dieqo Maradona görənləri şoka saldı - VİDEO - FOTO

30 İyul 2014 10:27
0 Şərh     Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya futbolunun canlı əfsanəsi, argentinalı Dieqo Maradona pərəstişkarlarını şoka salıb.

O, Argentina paytaxtı Buenos-Ayresdəki restoranlardan birində şam yeməyindən çıxarkən jurnalistlərin suallarını cavablayıb.

Maradona zorla danışırdı və suala cavab verəndə çətinlik çəkirdi.
 

Milli.Az Clarin-ə istinadən bildirir ki, atasının evinin yandırılması ilə bağlı kimdən şübhələnməsi barədə suala cavab verən Dieqo Maradona sanki narkotik maddələrin təsiri altında idi.

Reportaj nümayiş olunandan sonra minlərlə argentinalı Buenos-Ayres küçələrinə çıxaraq Maradonanın səhhətindən dərin narahatlıq keçirdiklərini, futbol əfsanəsinin dərhal müalicəyə cəlb olunmasını istədiklərini deyiblər.
 

Ekspertlər isə bildirirlər ki, illər uzunu spirtli içkilərə və kokainə qurşanan Dieqo Maradonanın durumu, gerçəkdən də, narahatlıq doğurur.

Bu arada bəlli olub ki, Dieqo Maradona həmin restoranda sabiq sevgilisi Veronika Oheda ilə birlikdə olub.
 

Maradonanın bu qadından oğlu var. Lakin futbol əfsanəsinin oğlu Dieqo Fernando 18 aylıq olanda Maradona qadınla bütün əlaqələri kəsib.

"El Corralon" restoranından çıxanda jurnalistlərin suallarını cavablayan 53 yaşlı Dieqo Maradona deyib: "Atamın evindəki yanğınla bağlı dəqiq məlumatlara malik deyiləm. Məncə, evə xəstə bir insan od vurub. O adamın psixikası qaydasında deyil".
 

Dieqo Maradona 1983-cü ildə "Barselona" klubunda olanda kokain qəbul etməyə başlamışdı. 1991-ci ildə isə o, narkotik maddələr qəbul etdiyi aşkarlananda 15 aylıq diskvalifikasiya olunmuşdu.
 

Kokaini həddən ziyadə qəbul etdiyi üçün 2004-cü ildə kəskin ürəktutası ilə Buenos-Ayresdəki klinikaya yerləşdirilmiş Maradona bir il sonra mədəsindəki ağır yaraları Kolumbiyanın Kartahena şəhərində müalicə etdirmişdi.
 

2007-ci ilin martında əyyaşlıq sonucunda yaranmış hepatit xəstəliyini Argentinada müalicə etdirən Dieqo Maradona psixiatrik klinikaya da düşmüşdü.

25 yaşlı Veronika Oheda isə D.Maradona ilə "sadəcə, dost" olduğunu söyləyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.