İdman

Qadın boksçularımız Avropa birinciliyində 2 medal qazandılar

29 İyul 2014 18:16
0 Şərh     Baxış: 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İtaliyanın Assizi şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın iki üzvü gənclərin yarışında bürünc mükafata layiq görülüb. 69 kq çəki dərəcəsində mübarizə aparan Məryəm Cəbrayılova yarımfinalda yerli idmançı Monika Floridaya uduzaraq 3-cü yerlə kifayətlənib.
 

Digər boksçumuz Alina Hacıyeva da (81 kq) yarımfinal səddini keçə bilməyib. A.Hacıyeva ukraynalı Anastasiya Stankeviçlə dueldən məğlub ayrılıb.
 

Beləliklə, İtaliyaya 3 boksçu ilə yollanan komandamız Vətənə 2 bürünc medalla dönüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.