İdman

Futbolun əfsanəsi qayıdır

29 İyul 2014 17:33
0 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız əsilli ulduz Hindistanda futbola dönmə qərarı verib

2011-ci ildə yaşıl meydanla vidalaşan Robert Pires yenidən futbola qayıdır.

Anspress-in məlumatına görə, fransız əsilli ulduz Hindistanda futbola dönmə qərarı verib. Yeni qurulan Hindistan Super Liqasında oynamaqla hər kəsin diqqətini çəkən Pires bu addımı ilə futbola xidmət edəcək. Fransız əfsanə bu yolla Hindistanda futbolun inkaşafına kömək etmək niyyətindədir.

Karyerasının ən parlaq dövrünü "Arsenal"da keçirən və futbolu "Aston Villa"da buraxan Piresin Hindistanda hansı klubda forma geyəcəyi maraq mövzusudur.

Hindistan Super Liqası təşkilatçılarının rəsmi "Twitter" hesabından bildirilib ki, Pires oktyabr ayında başlayacaq yeni liqada futbola qayıdacaq. 3 ay davam edəcək Liqada 8 komanda mübarizə aparacaq.

Daha əvvəl futbola vida edən isveçli Fredrik Lyunberq və ispan Luis QarsiaJoan Kapdevilya da Hindistan Super Liqasında top qovacaqlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ