Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "Çixura" klubunun baş məşqçisi Samson Pruidze Gürcüstan mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının istənilən rəqibi məğlub edə biləcəyini deyib:
- Azərbaycana nə vaxt yola düşürsünüz?
- Sabah səhər saatlarında Azərbaycana gedəcəyik. Otelin yaxınlığındakı stadionda məşq edəcəyik.
- Zədəsi ilə bağlı sizi narahat edən futbolçular varmı?
- Qiqa Beçvaya böyük ehtimal oynaya bilməyəcək. Həmçinin David Odikadzenin də kiçik zədəsi var.
- "Neftçi"nin "Koper"lə oyunlarını (1:2, 2:0) izlədikdən sonra hansı nəticəyə gəldiniz?
- "Neftçi" yaxşı komandadır. Biz bunu onlarla keçirdiyimiz yoxlama görüşlərində anladıq. Ancaq bakılıların bütün gücünü nümayiş etdirmədiklərinə əminəm.
- Yəqin ki, "Neftçi" ilə oyun, "Bursaspor" matçından fərqli olacaq...
- Əlbəttə. "Koper"lə ilk oyunda "Neftçi"nin bəxti gətirmədi. Rəqib 2-3 qol epizodu yaratdı və iki qol vurdu. Ancaq Sloveniyada "Neftçi" yüksək səviyyədə çıxış etdi. Bəli, rəqib 10 nəfərlə qaldı. Ancaq buna qədər Azərbaycan klubu hesabı açmışdı. Bizim əsas məqsədimiz ilk oyunda üstünlük qazanmaqdır.
- Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz?
- "Neftçi" "Bursaspor" deyil. Onların yaxşı futbolçuları var. Komandaların büdcəsi isə müqayisə olunmazdır. Lakin "Bursaspor"u keçməklə sübut etdik ki, istənilən rəqibi məğlub edə bilərik.
Milli.Az
İdman
"Çixura"nın baş məşqçisi: ""Neftçi"ni məğlub edə bilərik"
29 İyul 2014 16:58
1 Şərh
Baxış: 608
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Dünyanın ən yaxşı un məmulatları açıqlandı: Azərbaycan ilk 10-luqda
- Yığmamızın heyəti açıqlandı
- Baqrat yuxusunu qarışdırdı - "Qarabağ, Qars və Ərzurum..."
- Əfqanıstan vətəndaşı Astarada öldü
- ABŞ bunu etsə, dünya müharibəsi olacaq - Medvedyev
- Vaqif Cavadov: “Nəriman Axundzadə parlaq futbolçu deyil” - VİDEO
- II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB
- Yenicə ailə quran aparıcının əri ilə ROMANTİK ANLARI - VİDEO
- Sürücülərə XƏBƏRDARLIQ
- Azərbaycanda bu şəxslər pulsuz sanatoriya-kurorta göndəriləcək - VİDEO
- Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur - FOTO
- 17 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub - YENİLƏNİB - FOTO
- Məşhur model dekoltesi ilə diqqət çəkdi - VİDEO
- Dünya ölkələrinin təəccübləndirən qadağaları
- Rusiyada elektrik qatarında yanğın oldu
- İlk gündə 3 medal - FOTO
- Kanndakı geyimini kələmə bənzətdilər - FOTOlar
- Mavritaniya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
- Kuba Prezidenti Azərbaycan liderini təbrik edib
- "Televiziyadan eşitdim ki..." - Oğlu əfv olunan ana
- Mövsümə "Azərsun Arena"da yekun vurulacaq
- "Çoxlarının həzmində problem var" - Zaurdan ATMACA - VİDEO
- Rollar sağlamlığımıza ziyandırmı?
- Yas yerində fırıldaqçı MOLLA - VİDEO