İdman

Di Maria üçün rekord təklif

29 İyul 2014 11:23
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Pari Sen-Jermen" klubu "Real Madrid"in argentinalı futbolçusu Anxel Di Maria üçün rekord təklif irəli sürməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Fransa klubu yarımmüdafiəçi üçün 80 milyon vermək istəyir.
 
İki klub arasında danışıqlar müsbət başa çatsa, Di Maria "Real Madrid" tarixinə ən baha qiymətə satılan futbolçu kimi keçəcək. İndiyə qədər ən baha satılan futbolçu Məsud Özil olub. "Arsenal" Özilə görə "Real"a 50 milyon avro ödəyib.
 
Qeyd edək ki, Di Marianın başqa kluba keçməsi məsələsi Madrid klubunun Toni KroosXames Rodrigesi transfer etməsindən sonra gündəmə gəlib. Fransa klubu isə bundan əvvəl "Çelsi"də David Luisi 50 milyon avroya alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.