İdman

"Real" Di Maria, Kasilyas, Morata və İskonu satıb onu alır

21 Aprel 2014 18:29
9 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
""Real" (Madrid) klubu futbol tarixinin növbəti ən bahalı transferini həyata keçirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən yay "Tottenhem"dən Qaret Beylin transferi üçün 100 milyon avro xərcləməklə rekord qıran Madrid klubu bu dəfə "Liverpul"un hücumçusu Luis Suarezi heyətinə qatmağı planlaşdırır.

Təxminən bir ay əvvəl "Liverpul"a 85 milyon avroluq təklif göndərən, ancaq müsbət cavab ala bilməyən "Real" bu mövsüm Premyer Liqanın bombardiri olan uruqvaylı oyunçu üçün daha yüksək məbləğdən keçməyi düşünür. "Kral klubu"nin İngiltərə təmsilçisinə 110 milyon avro təklif edəcəyi iddia edilir. Suarez "Real"a transfer olunacağı təqdirdə illik 327 min avro qazanacaq.

Qeyd edək ki, Madrid təmsilçisinin 110 milyonu birdəfəlik ödəmək üçün Morata, Koentrau, Kasilyas, Hedira, Anhel di Mariyaİsko kimi futbolçuları satışa çıxarağı yazılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.