İdman

"Real" - "Bavariya" matçının hakimləri bəlli oldu

21 Aprel 2014 17:24
1 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Real" (Madrid) - "Bavariya" matçının hakimləri bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Santyaqo Bernabeu"da baş tutacaq görüşü FİFA referisi Houard Uebb idarə edəcək. İngiltərə təmsilçisinə Maykl Mallarki Derren Kenn köməklik edəcəklər. İspaniyada keçiriləcək "Atletiko" (Madrid) - "Çelsi" oyunu isə isveçli Jonas Eriksona həvalə edilib.

Qeyd edək ki, "Atletiko" - "Çelsi" oyunu sabah, "Real" - "Bavariya" matçı isə biri gün axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.