İdman

"Mençester Siti" Terrini gözaltı edib

21 Aprel 2014 15:27
0 Şərh     Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Çelsi" klubunun müdafiəçisi Con Terri mövsümün sonunda komandasını dəyişə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ingilis futbolçu ilə "Mançester Siti" klubu yaxından maraqlanır. London təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq Terri ilə yeni sözləşmə imzalaya bilər. Lakin "Çelsi"nin bir illik müqavilə təklifi 33 yaşlı futbolçunu narazı salıb. "Mançester Siti" klubu isə Terriyə iki illik müqavilə təklif edib. Təcrübəli futbolçunun "Çelsi" ilə anlaşmayacağı təqdirdə yeni mövsümdən "Mançester Siti"də oynayacağı bildirilir.

Qeyd edək ki, 1998-ci ildən "Çelsi"nin şərəfini qoruyan Terri keçirdiyi 420 oyunda 34 dəfə rəqib qapılarına yol tapıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.