İdman

Azərbaycanlı gimnast Dünya Kubokunun qalibi olub

21 Aprel 2014 13:10
Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanlı gimnast Anna Pavlova həftə sonu Sloveniyada keçirilən idman gimnastikası üzrə B kateqoriyasında Dünya Kubokunun qalibi olub.

Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Təsnifatın yekunları üzrə Pavlova dörd mümkün finaldan ikisinə çıxıb - gimnastik tir üzərində və qeyri-bərabər hündürlükdə tirlərdə hərəkətlər üzrə. Anna uzunluğu 5 metr, eni isə cəmi 10 santimetr olan tir üzərində akrobatik elementlər, tullanmalar və 360 dərəcə dönmələr üzrə 4-cü yeri qazanıb, müxtəlif hündürlükdə üfqi tirlərdə hərəkətlər isə ona qızıl medal sevincini yaşadıb.

Pavlova tirlərdə hərəkətləri, demək olar ki, səhvsiz yerinə yetirib və finalda Belarus və İsveçrədən olan əsas rəqiblərini qabaqlayıb.

Ölkəmizi yarışda təmsil edən ikinci gimnast Marina Nerasova da iki finalda (sərbəst hərəkətlər və uzununa tullanma) yarışıb və hər ikisində dördüncü olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.