İdman

"Qəbələ"nin İtaliya macəraları

21 Aprel 2014 11:52
0 Şərh     Baxış: 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası İtaliyanın Turin şəhərində keçirilən Stefano Qusella xatirə turnirində çıxışını davam etdirir.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, qrup mərhələsinin ilk 2 oyununda 4 xal toplayan "qırmızı-qaralar" qrupun son matçında yerli "Torino" kollektivi ilə qarşılaşıb.

Matç turinlilərin 3:1-lik qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Cavidan Qasımlı imza atıb. Bu nəticədən sonra 4 xalla qrupu II pillədə tamamlayan "Qəbələ" XIII-XXIV yerlər uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə təmsilçimizin rəqibləri "Qrasshopper" (İsveçrə) və "Milan" (İtaliya) olub.

İlk matçda "Qrasshopper"lə üz-üzə gələn "qırmızı-qaralar" isveçrəlilərə Cavidan Qasımlının yeganə qolu ilə qalib gəlib - 1:0. Növbəti görüşdə "Milan"la qarşılaşan "Qəbələ" 0:5 hesabı ilə məğlub olub. Bu gün isə təmsilçimiz XVII-XX yerlər uğrunda daha 2 oyun keçirəcək. İlk rəqib "Latsio" olacaq. Bu görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, turnirdə 48 komanda medallar uğrunda mübarizəyə qoşulmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.