İdman

"Fənərbağça" dünya futbolu tarixində ilkə imza ata bilər

21 Aprel 2014 11:09
1 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Fənərbağça"ya dünənki oyundan sonra 1 xal bəs edir ki, çempion olsun.

Milli.Az ntvspor.net-ə istinadən xəbər verir ki, sarı-mavililər gələn həftə evində "Rizəspor"dan 1 xal belə alsa, xoşbəxt sona çatacaq. Əgər bu hal yaşansa, dünya futbolunda bir ilk yaşanmış olacaq. Bu həftə derbi oyununda "Beşiktaş"ı məğlub edib, əzəli rəqibinin evində çempionluğunu rəsmiləşdirmək istəyən "Fənərbağça"nın bu istəyi ürəyində qaldı.

"Fənərbağça" gələn həftə "Rizəspor"dan 1 xal alsa, 19-cu çempionluğunu yaşayacaq və bununla bərabər futbol dünyası tarixində ilkə imza atacaq. Belə ki, "Fənərbağça"nın azərkeşsiz oynamaq cəzası səbəbiylə bu qarşılaşma yalnız qadın və uşaq azarkeşlər qarşısında keçiriləcək. Yəni "Fənərbağça" bu oyunda qalib gəlsə ya da bərabərə qalsa, çempionluğunu yalnız qadın və uşaqların izlədiyi bir maçtda elan edən ilk klub olaraq futbol tarixinə keçəcək.

Qeyd edək ki, yalnız Türkiyə deyil, dünya futbol tarixinə də keçəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.