İdman

Fransa Liqası: 7 oyunda qol yağışı

21 Aprel 2014 09:41
0 Şərh     Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransa Liqasında 34-cü turun növbəti oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən məlumat verir ki, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub. Maraqlıdır ki, məhsuldarlığı ilə seçilən görüşlərdə qapılara 27 qol vurulub.

"Monako" öz meydanında "Nitsa"nı məğlub edib - 1:0. "Ayaçço" səfərdə "Bastia"ya uduzub - 1:2. "Bordo" doğma meydanda "Guingamp"ı darmadağın edib - 5:1. "Lorient" - "Monpelye" matçında qapılara 8 qol vurulsa da, qalib müəyyənləşməyib - 4:4. "Reims"in qonağı olan "Soşo" 1:0 hesablı qələbə qazanıb. "Valensien" "Nantı" səfərdə darmadağın edib - 6:2. "Marsel" - "Lill" oyununda isə hesab açılmayıb.

Qeyd edək ki, tura aprelin 23-də keçirililəcək iki oyunla yekun vurulacaq.

20 aprel
Fransa Liqası, 34-cü tur

"Monako" - "Nitsa" - 1:0

Qol: Moutinyo, 47 (1:0)

"Bastia" - "Ayaçço" - 2:1
Qollar: Kamara, 4 (0:1), Raspentino, 32 (1:1), Skillaçi, 88 (2:1)

"Bordo" - "Guingamp" - 5:1
Qollar: Diabete, 8 (1:0), 20 (2:) 26 (3:0), Diallo, 29, (3:1), Jussie, 48 (4:1), Rolan, 68-pen. (5:1)

"Lorient" - "Monpelye" - 4:4
Qollar: Kabella, 26 (1:0), Aliadiere, 31-pen. (1:1), Nianq, 56 (1:2), Deza, 78 (1:3), Kabella, 80 (1:4), Monnet, 87 (2:4), Abubakar, 90 (3:4), 90+3 (4:4)

"Reims" - "Soşo" - 0:1
Qollar: Corciya, 41 (0:1)

"Valencien" - "Nant" - 2:6
Qollar: Audel, 24 (0:1), Bedoya, 41 (0:2), Qakpe, 44 (0:3); 54, (0:4), Medyani, 79 (1:4), Bahebek, 83 (2:4), Medyani, 85-avtoqol (2:5), Nikolita, 89 (2:6)

"Marsel" - "Lill" - 0:0

18 aprel "Sent Etyen" - "Renn" - 0:0

23 aprel
PSJ - "Evian"


"Tuluza" - "Lion"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.