İdman

Ronaldu: ""Bavariya" ilə oyuna hazıram"

18 Aprel 2014 16:27
2 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zədədən əziyyət çəkən "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"ya qarşı oynayacaq.

Milli.Az qol.az-a istinadən verdiyi məlumata görə, bu barədə portuqaliyalı futbolçunun özü məlumat verib: "Vəziyyətim gündən-günə yaxşılaşır. Artıq heç bir ağrı hiss etmirəm. "Bavariya"ya qarşı oynamağa hazıram".

Qeyd edək ki, "Real" (Madrid) - "Bavariya" oyunu aprelin 23-də, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.