İdman

Puyol Türkiyə çempionatında?

18 Aprel 2014 13:16
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayan Karles Puyol karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Milli.Az dailysport-a istinadən xəbər verir ki, bu barədə Barselonada yaşayan və Kataloniya klubu ilə yaxın münasibətləri olan FIFA meneceri Bayram Tutumlu deyib. O, açıqlamasında bunları dilə gətirib: "Puyol şərəfli və namuslu insandır. Mövsümün sonunda futbol oynaya biləcəyini hiss etsə, davam edəcək. Bundan 1 ay əvvəl "Trabzonspor"un başqanı İbrahim Hacıosmanoğlu Barselonaya gəlmişdi və Puyolla maraqlanırdı.

Mən də futbolçu ilə bu məsələni danışdım. Mənə dedi ki, mövsümün sonunda qərar verəcək. Yəni, hər şey yayda bəlli olacaq". Puyol gələ bilər. "Trabzonspor" Türkiyənin ən böyük klublarından biridir və bu klubu tanıyır. "Barselona" "Trabzonspor"a qarşı oynayıb. Amma mən sadəcə vəziyyəti soruşdum".

Daha öncə Puyolun "Qalatasaray"a transfer olunacağı xəbəri yayılmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.