İdman

AFFA-dan kubok oyunları ilə bağlı sərt cəzalar

18 Aprel 2014 11:31
0 Şərh     Baxış: 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

Milli.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, aprelin 16-da XXII Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Neftçi" - "Rəvan" matçının 52-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Neftçi" klubunun azarkeşləri meydanı tərk edən rəqibin futbolçularına əşyalar atıqları üçün klub 2000 manat cərimələnib. Oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə "Neftçi" klubu 5000 manat cərimə edilib.

Ölkə Kubokunun 1/2 final mərhələsinin "Qəbələ" - "Xəzər Lənkəran" matçının 1 və 2-ci dəqiqələrində "Qəbələ" klubunun azarkeşləri, 42-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən isitifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 5-ci və 8-ci dəqiqələrində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. Oyunun 63-cü dəqiqəsində "Qəbələ" klubunun məşqşisi Andrey Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunub.

Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan "Qəbələ" klubunun futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimini təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 10000 manat cərimə edilib. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına şamil edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.