Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyinin növbəti günü Azərbaycan idmançıları üçün uğurlu olub.
Milli.Az xəbər verir ki, Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə yarışda ikinci qələbəsini qazanıb. Boksçumuz bu dəfə kanadalı Adrian Halfordu məğlub edib - 3:0. Həmyerlimiz 1/8 finalda Özbəkistan nümayəndəsi Abdulkay Şaraxmatovla qarşılaşacaq.
91 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev isə dünya birinciliyində ilk döyüşünü keçirib. Milli komandamızın üzvü norveçli Yonas Soenstebini çətinliklə üstələyib - 2:1. Mehdiyev 1/8 finalda Türkiyə idmançısı Məhəmməd Aydınla üz-üzə gələcək.
Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirov da Sofiyada ilk qələbəsini qazanıb. Boksçumuz litvalı Dovidas Sernası mübarizədən kənarlaşdırıb - 3:0. Tahirov 1/8 finalda Türkiyə boksçusu Eren Uzunla görüşəcək.
Bu gün dünya birinciliyində daha iki boksçumuz rinqə çıxacaq. Günorta proqramında Şamil Əliyev (75 kq) erməni Gevorq Petrosyanla qarşılaşacaq. Axşam isə gənclər arasında Avropa çempionu Cavid Quliyev (64 kq) Qazaxıstan təmsilçisi Ayan Kalibekovla döyüşəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər
- 1901-ci ildən bəri yanan lampa: 123 illik TARİXİ var
- Sabah bu rayonda qaz olmayacaq
- Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI
- Bunlar sübut edir ki, helikopter... - "Əgər havada vurularaq yerə düşmüş olsaydı..." - VİDEO
- Moskvada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
- Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
- İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq
- Ərdoğan Rəisinin vəzifəsini yerinə yetirən Müxbirlə danışdı
- Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib - FOTOlar
- Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlandı
- ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
- Benzinlə işləyən avtomobilə dizel vuruldu - Maşın bu hala düşdü - VİDEO
- Rəisini daşıyan helikopterdəki bir nəfər qəzadan sonra 1 saat sağ qalıb - FOTO
- "Onu 40 il gözləmişəm"
- Hüseyn Əmir Abdullahiyan kimdir? - 60 yaşlı nazirin FACİƏLİ SONU
- Ərdoğan İlham Əliyevə zəng edib
- Ən qəddar cinayətkarın keçmiş arvadı münasibətlərindən DANIŞDI
- Hidayət tarix yazdı - Dünya çempionu! - FOTO
- Türkan canlıda Vəfaya SATAŞDI: "Ağzınızı cıraram..." - VİDEO
- İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
- İranda qəzada ölən valinin yerinə TƏYİNAT
- Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər
- Corcina Ronaldo ilə yataqdan fotosunu paylaşdı - FOTO