İdman

"Uruqvay dünya çempionatında tarix yazacaq"

18 Aprel 2014 14:03
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Uruqvay yığmasının hücumçusu Edinson Kavani komandasının yayda keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kavani Uruqvay millisinin qarşıdakı mundialda tarix yazacağına inandığını bildirib: "Bizim yüksək səviyyəli futbolçularımız var. Onlardan bəziləri İngiltərə Premyer Liqasında oynayır. Ümumilikdə yığmamızın əksər futbolçuları Avropanın top komandalarında çıxış edirlər və onların hamısı dünya səviyyəli futbolçulardır. Dünya çempionatında ilk olaraq qrup mərhələsini uğurla keçməliyik. Lakin İngiltərə və İtaliya kimi yığmalarla mübarizə elə də asan olmayacaq. Bununla belə, mən mundialda tarix yazacağımıza inanıram. Ümid edirəm ki, dünya çempionatını yüksək əhval-ruhiyyədə tərk edəcəyik".

Qeyd edək ki, Uruqvay millisi D qrupunda İngiltərə, İtaliya və Kosta-Rika yığmaları ilə mübarizə aparacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.