İdman

Ukraynada azərbaycanlı idmançı tələbə faciəvi şəkildə ölüb - YENİLƏNİB - VİDEO - FOTO

18 Aprel 2014 13:43
16 Şərh     Baxış: 8 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:43

Milli.Az regionaltv.az-a istinadən Ukraynanın Dnepropetrovsk şəhərində faciəvi şəkildə dünyasını dəyişən xaçmazlı tələbə-idmançı Aslan Xıdırovun lentə alındığı kadrları təqdim edir. Baxacağınız reportaj 2012-ci ilin aprel ayında Xaçmaz şəhərində lentə alınıb. Həmin vaxt Aslan Xıdırov və dostları riskli idman növü ilə məşğul olmağa yeni başlamışdılar.

----------
09:02

Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı idmançı tələbə faciəli şəkildə dünyasını dəyişib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov APA-ya bildirib ki, bu, Azərbaycanın Xaçmaz rayonundan olan, 1994-cü il təvəllüdlü, Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi Aslan Xıdırovdur.
 
Smaqdaun döyüş növü üzrə idmançı olan A. Xıdırov beş gün əvvəl məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Onun nəşi bu gün Azərbaycana yola salınıb.

Milli.Az

---------
13:43

Videonu izləmək üçün şəklə klikləyin.




----------
09:02

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.