İdman

Venger: "Kuboku qazanacağıq"

15 Aprel 2014 11:33
0 Şərh     Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arsen Venger: "Kuboku qazanacağıq"

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Premyer Liqanın növbəti turunda qarşılaşacaqları "Vest Hem"lə oyunöncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, mətbuat konfransı keçirən fransalı mütəxəssis mövsümü kubokla başa vuracaqlarına inandığını bildirib:

"Vest Bromviç"lə görüşdə azarkeşlərimiz möhtəşəm idilər. Onların dəstəyini hər zaman hiss etmək istəyirik. Mövsümü titulla bitirmək şansımız var. Premyer Liqanı dördüncü başa vurub, FA kubokunu da qazanmağa çalışacağıq. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, "Arsenal" - "Vest Hem" matçı bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.