İdman

Dünyaca məşhur müsəlman futbolçu Zidanı geridə qoydu

15 Aprel 2014 11:08
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, "Real Madrid" formasıyla ən çox matça çıxan fransız futbolçu olub

"Real Madrid"in futbolçusu Kərim Benzema Madrid klubunun əfsanəvi oyunçusu Zinəddin Zidanı geridə qoydu.

Anspress-in xəbərinə görə, beş mövsümdür "Real Madrid"də forma geyən 26 yaşlı futbolçu 228-ci matçına çıxaraq, "Real Madrid"in əfsanəvi oyunçusu Zinəddin Zidanı geridə qoyub. O, "Real Madrid" formasıyla ən çox matça çıxan fransız futbolçu olub.

Klub tarixində 36 fərqli ölkədən futbolçuların çıxış etdiyi "Real Madrid"in 16-cı fransız futbolçusu olan Benzema 2009-cu ildən La Liqa klubunun şərəfini qoruyur. Benzema Madrid təmsilçisində 110 qol vurub və bununla da 26 yaşlı hücumçu klub tarixində ən çox qol vuran 12-ci oyunçu olub.

Xatırladaq ki, Benzema 2009-cu ildə 35 milyon avroya "Lyon"la vidalaşaraq, "Real Madrid"ə transfer olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.