İdman

UEG-in isveçrəli nümayəndəsi: "Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb"

5 Aprel 2014 17:59
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb". Bu barədə Trend-ə Avropa Gimnastika İttifaqının (UEG) İsveçrədən olan nümayəndəsi Gilbert Gianada deyib.

G.Gianada bildirib ki, Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı dünya gimnastikası üçün mühüm əhəmiyyət kəsb edir.

O vurğulayıb ki, Azərbaycan dövləti gimnastikanın inkişafına böyük diqqət ayırır. Bakıda tikilən möhtəşəm Milli Gimnastika Arenası bunun bariz nümunəsidir. G.Gianada qarşıdan gələn Avropa çempionatında Azərbaycan idmançılarının yüksək nəticələr əldə edəcəyinə inandığını bildirib.
 

Qonaq, eyni zamanda, Bakının gözəlliyindən və Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, bu il iyunun 13-15-də Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.