İdman

UEG: "İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ideyası çox gözəldir"

5 Aprel 2014 17:28
Baxış: 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ideyası çox gözəl və ambisiyalıdır". Trend-in məlumatına görə, bunu Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki komitəsinin rəhbəri Hayde Bruneder deyib.

H.Bruneder bildirib: "Mən Azərbaycana və ölkə rəhbərliyinə belə tədbiri öz üzərinə götürdüyünə görə təşəkkür edirəm. Proqramına 19 idman növünün daxil olduğu belə böyük tədbirin keçirilməsi ideyası çox gözəldir. Gimnastikaya gəlincə, bu, bizim üçün böyük bayram, eyni zamanda ciddi reklam olacaq. Ümid edirəm ki, I Avropa Oyunları uğurla keçiriləcək".
 

Hayde Bruneder yaxın gələcəkdə olimpiya oyunları ilə bağlı lisenziya yarışlarının birinin Azərbaycanda keçirilməsi ehtimalı barədə jurnalistin sualını cavablandırarkən deyib: "Hər şeyin yüksək səviyyədə keçməsini nəzərə alaraq biz çox istərdik ki, həmin yarışlar Azərbaycanda keçirilsin. Əlbəttə ki, bu qərarlar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsi tərəfindən verilir".
 

Qeyd edək ki, I Avropa Oyunları Bakıda 2015-ci ilin iyununda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.