İdman

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına gələcək turistlərin viza məsələlərinin həlli üçün müvafiq qurumlara müraciət edilib

5 Aprel 2014 17:17
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına gələcək turistlərin viza məsələlərinin həlli üçün müvafiq qurumlara müraciət edilib". Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

A.Həsənov bildirib ki, həmişəki kimi Avropa çempionatına ən çox Rusiyadan azarkeş gələcək: "Bilirsiniz ki, bu idman növü Rusiyada çox populyardır. Digər ölkələrdən də Avropa çempionatına baxmağa gələcəklər. Yeni arenaya baxmağa maraq var".

AGF-nin vitse-prezidentinin sözlərinə görə, Avropa çempionatında iştirak etmək üçün dünyanın bəzi federasiyalardan məktublar, xahişlər gəlir.

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (http://baku2014.agf.az/application/) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib.

Eyni zamanda çempionatın püşkü atılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.