İdman

FIG-in Texniki komitəsi: "Bədii gimnastika üzrə Avropa çempionatının Təşkilat Komitəsi hər şeyi yaxşı təşkil edib"

5 Aprel 2014 16:07
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki komitəsi Bakıda keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatının Təşkilat Komitəsinin hazırlıq prosesini izləyir". Trend-in məlumatına görə, bunu bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (www.baku2014.agf.az) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdimat mərasimində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki komitəsinin rəhbəri Hayde Bruneder deyib.

H.Bruneder Təşkilat Komitəsinə hər şeyi yaxşı təşkil etdiyinə görə minnətdarlığını bildirib.

FİG-in komitə rəhbəri qeyd edib ki, bu gün gimnastların iştirak ardıcıllığını öyrənmək üçün püşkatma mərasim keçirilib: "Yeniyetmələrin yarışlarında yeni qaydalar var. Fərq ondan ibarətdir ki, əvvəllər komanda hesabında yeniyetmələr yalnız 4 çıxış ifa edirdilər. İndi isə gimnastlar 8 çıxış ifa edəcəklər. Bu da o deməkdir ki, hansı ölkənin hansı qrupda çıxış etməsi heç bir məna kəsb etmir. Qrup hərəkətləri komandası 9-cu çıxış edəcək. Yarışda Avropanın ən yaxşı 20 gimnastı iştirak edəcək. Azərbaycandan isə 2 gimnast mübarizə aparacaq. Biz yeni gimnastika arenasında olduq. Hər şey yaxşı keçiriləcək".
 

H.Bruneder jurnalistlərin suallarını cavablandırarkən isə bildirib ki, Avropa çempionatının şəxsi birinciliyində 20 gimnast iştirak edəcək. Həmin 20 gimnast keçən Avropa çempionatının nəticələrinə görə Bakıda keçiriləcək I Avropa Oyunlarına lisenziya qazanıblar. Qrup komandalarına gəldikdə isə ən yaxşı nəticə qazanan 5 qrup Avropa Oyunlarında iştirak edəcək.

Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ideyası çox gözəldir: "Bədii gimnastika bizim idman növü üçün böyük reklamdır. Ümid edirəm ki, I Avropa Oyunları uğurla keçiriləcək".

Qeyd edək ki, Bakıda iyunun 13-15-də bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.