İdman

Forması ən çox satılan klublar və futbolçular

5 Aprel 2014 14:57
2 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada illik ən çox forması satılan klublar və futbolçular müəyyənləşib

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onluğun ilk pilləsində Madrid "Real"ı və "Mançester Yunayted" klubları qərarlaşıb.

Hər iki klubun il ərzində təqribən 1 milyon 400 min forması satılır. "Barselona" klubu isə siyahıda üçüncüdür.

1. "Real" (Madrid) - 1 milyon 400 min

Ən çox forması satılan futbolçular: Kriştianu Ronaldu, Raul, Zinəddin Zidan, Ronaldo


2.
"Mançester Yunayted" - 1 milyon 400 min

Ən çox forması satılan futbolçular: Rayan Qiqqz, Robin van Persi, Peter Şmeyxel, Ueyn Runi


3.
"Barselona" - 1 milyon 150 min

Ən çox forması satılan futbolçular: Lionel Messi, Ronaldinyo, Xavi, Andres İnyesta, Karles Puyol


4.
"Çelsi" - 910 min

Ən çox forması satılan futbolçular: Didye Droqba, Frank Lempard, Eden Hazard, Fernando Torres


5.
"Bavariya" - 880 min

Ən çox forması satılan futbolçular: Tomas Müller, Aryen Robben, Oliver Kan, Frank Ribero, Bastyan Şvaynştayger


6.
"Liverpul" - 810 min

Ən çox forması satılan futbolçular: Steven Cerrard, Karraqer, Luis Suarez


7.
"Arsenal" - 800 min

Ən çox forması satılan futbolçular: Tyerri Anri, Məsut Özil, Teo Uolkott, Santi Kasorla


8.
"Yuventus" - 480 min

Ən çox forması satılan futbolçular: Alessandro Del Pyero, Karlos Tevez, Canluici Buffon


9.
"İnter" - 425 min

Ən çox forması satılan futbolçular: Esteban Kambiyasso, Luiş Fiqo, Xavyer Zanetti


10.
"Milan" - 350 min

Ən çox forması satılan futbolçular: Paolo Maldini, Ronaldinyo, Kaka, El Şaaravi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.