İdman

Droqba "Qalatasaray"dan gedir?

5 Aprel 2014 12:31
1 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Droqba "Qalatasaray"dan ayrılacaqmı?

"Qalatasaray"ın futbolçusu Didye Droqbanın İstanbul klubundan ayrılıb-ayrılmayacağı bu ayın sonunda dəqiqləşəcək.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, "Cim-Bom"un prezidenti Ünal Aysal jurnalistlərə açıqlamasında deyib ki, Fildişi sahilli hücumçunun komandada qalmasını istəyir. Ancaq oyunçu ilə bağlı yekun qərar aprelin sonunda veriləcək:

""Qalatasaray"ın Droqba kimi futbolçulara çox ehtiyacı var. Mən onunla sözləşmənin daha bir il uzadılmasının tərəfdarıyam. Bunu Droqbanın özünə demişəm. Ancaq o, ailəsinin də fikrini öyrənməlidir. Droqba mənə "Qalatasaray"ı çox sevdiyini söylədi. Bu ay sonunda məsələ ilə bağlı onunla danışacağıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.