İdman

"Barselona"nı FİFA-ya "Real" satıb?

5 Aprel 2014 12:22
2 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" "Barselona"ya transfer qadağası qoyulması üçün FİFA-ya müraciət etmələri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, iki şəxsin şikayətindən sonra Kataloniya klubunda 18 yaşdan aşağı transferlərdə qanunsuzluğun olub-olmaması ilə bağlı araşdırmalara başlanmışdı. Qanuna zidd hərəkətlərə yol verən "Barsa"ya iki dönəmlik transfer qadağası qoyulmuşdu.

"Real"ın nümayəndəsi və FİFA komitəsinin üzvlərindən olan Pedro Yimenezin "Barsa"nın cəzalandırılması ilə bağlı qitənin ali futbol qurumuna müraciət etdiyi iddia edilmişdi.

"AS" qəzetinə danışan klub nümayəndəsi isə bu xəbərləri təkzib edib. O, Kataloniya klubunun cəzalandırılması ilə bağlı keçirilən iclasda belə iştirak etmədiyini bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.