İdman

Baş məşqçi: "Ardanı düşünmürəm..."

5 Aprel 2014 12:04
1 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Simeone: "Nə Kostanı, nə də Ardanı düşünürəm"

"Atletiko" La Liqada "Vilyareal"la matça ciddi itkilərlə çıxacaq.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, bu qarşılaşma üçün heyətə zədəli Arda Turan Dieqo Kosta, cəzalı Qabi daxil edilməyib.

Ancaq Madrid klubunun baş məşqçisi Dieqo Simeoneni zədəli oyunçular maraqlandırmır. Argentinalı mütəxəssis hazırda ancaq "Vilyareal"la matçda qələbə qazanmağı düşünür:

"Hər həftə hər şey dəyişir. Bizim üçün final kimi yeddi oyun qalıb. Mən hazırda nə Kostanı, nə də Ardanı düşünürəm. Bu zədələr normaldır. Onların durumunda qorxulu heç nə yoxdur. Buna görə mənim üçün əsas bu matçda meydanda olacaq futbolçuların çıxışıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.