İdman

"Neftçi" kapitanını geri qaytardı

2 Aprel 2014 17:37
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Neftçi"nin kapitanı Rəşad Sadiqov komandanın əsas heyətinə qaytarılıb.

Milli.Az azerisport.az xəbər verir ki, əvəzedicilərin heyətindən əsas heyətə Tərlan Quliyev də keçirilib.

"Dünəndən etibarən, hər iki futbolçu komandanın əsas heyətində "Bakı"ya qarşı oyuna hazırlaşır. Məşqçi qərargahı əvəzedici heyətdə mütəmadi olaraq onların oyununu izləyib. Qeyd edim ki, futbolçular əvəzedici komandaya heç bir cəza tədbiri ilə bağlı deyil, yalnız qeyri-qənaətbəxş idman forması səbəbi ilə göndərilmişdi", - klubun vitse-prezidenti Tahir Süleymanov bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.