İdman

"Mourinyodan deyil, onlardan qorxuruq"

2 Aprel 2014 17:31
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mourinyodan deyil, onun futbolçularından qorxuruq"

PSJ-nin hücumçusu Edinson Kavani Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Çelsi" ilə görüş haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu "L'Equipe"yə açıqlamasında "Çelsi"nin baş məşqçisindən deyil, futbolçularından çəkindiklərini bildirib:

"Meydana məşqçi deyil, futbolçular çıxır. Hər kəsə bəllidir ki, Mourinyo böyük məşqçidir və əsl liderdir. O, bunu çalışdırdığı komandalarda sübut edib. Ancaq mən daha çox "Çelsi"nin futbolçularından çəkinirəm. Bütün futbolçular öz ölkələrinin yığmalarında çıxış edir. İngilis klubları ilə qarşılaşmaq bizim üçün problem yarada bilər. Amma biz buna hazırıq".

Qeyd edək ki, PSJ - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.