İdman

Mourinyodan İbrahimoviçə təklif var

2 Aprel 2014 17:16
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mourinyo: "İbrahimoviç Premyer liqada oynamasa..."

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin futbolçu karyerasını bitirmədən əvvəl Premyer Liqa klublarından birində oynamasını istəyir.

Milli.Az xəbər verir ki, qol.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, isveçli oyunçu hazırda İngiltərə klublarına transferinin mümkünsüz olduğunu bildirmişdi.

Mourinyo isə Çempionlar Liqasında PSJ ilə matç öncəsi keçirilən mətbuat konfransında Zlatanın Premyer Liqada oynamasının vacibliyini vurğulayıb:

"İbrahimoviç futbolçu karyerasını Premyer Liqada oynamadan bitirərsə, yaxşı olmaz. Ancaq bu, baş tutmasa belə, o, dünyanın ən yaxşı futbolçularından biri olaraq qalacaq".

"İnter"də işlədiyi dönəmdə Zlatanla çalışan Mourinyo onu da qeyd edib ki, bu matçda hər ikisi qələbə qazanmaq istəyəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.