İdman

İbrahimoviç favoritini açıqladı

2 Aprel 2014 16:52
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Çelsi" ilə görüş haqda fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, isveçli forvard Fransa mətbuatına açıqlamasında "Çelsi"nin favorit olduğunu bildirib:

""Çelsi" bu oyununun favoritidir. Onların Çempionlar Liqasında 10 illik təcrübəsi var. Biz isə hələ yeni başlayırıq. Belə turnirlərdə təcrübə böyük üstünlükdür. Biz 8-9 ildən sonra "Çelsi"nin səviyyəsinə gələcəyik".

Qeyd edək ki, PSJ - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.