İdman

Loren Blanın qorxduğu futbolçu məlum oldu

2 Aprel 2014 16:49
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Loren Blan: "Eden Hazarddan qorxuram"

PSJ-nin baş məşqçisi Loran Blan Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə oyun öncəsi fikirlərini bildirib.

Milli.Az xəbər verir ki, qol.az-ın Fransa mətbuatına istinadən verdiyi məumata görə, o, London klubunun futbolçusu Eden Hazarddan qorxduğunu etiraf edib:

"Hazardın oyununu çox bəyənirəm. "Çelsi"yə transfer olduqdan sonra o, daha da möhtəşəm oyun nümayiş etdirir".

L.Blan rəqib haqda da müsbət fikirlər səsləndirib: "Çelsi" həm müdafiə, həm də hücumda yaxşı oynayan komandadır. Onlar çox az qol buraxan, biz də daha çox qol vuran komandayıq. Maraqlı bir matç olacaq".

Qeyd edək ki, PSJ - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.