İdman

İnyesta danışdı: "Acı ləzzətdir..."

2 Aprel 2014 16:43
2 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnyesta: ""Atletiko" ilə heç-heçə acı ləzzətdir"

"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində baş tutan "Atletiko" ilə oyun (1:1) haqda fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, AFP-ya danışan ispaniyalı futbolçu yarımfinala çıxmaq şanslarının çətinləşdiyini bildirib:

"Bu heç-heçə acı ləzzətdir. Çünki yarımfinala çıxmaq şansımızı çətinləşdirir. Güclü rəqibə qarşı ağır oyun oldu. Matçın sonlarına doğru açıq futbol getdi. Şəxsən mən özümü yaxşı hiss edirdim və bu oyuna hazır idim. Növbəti oyun bizim üçün çox önəmlidir. Qarşıdakı bütün oyunlarda qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Madriddə keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.