İdman

Robben: "Qol epizodları yarada bilmədik"

2 Aprel 2014 16:26
0 Şərh     Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Old Trafford"da oynamaq çox çətindir"

"Bavariya"nın futbolçusu Aryen Robben Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə 1:1 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.

Milli.Az xəbər verir ki, qol.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı hücumçu əldə etdikləri nəticədən məmnun qaldığını deyib:

"1:1 hesabı pis nəticə deyil. Ən azından 0:0 hesabından daha yaxşıdır. Bəzi insanlar bu matçda qələbə qazanacağımızı düşünürdü. Ancaq "Old Trafford"da oynamaq çox çətindir. "MY" Premyer Liqada pis oyun nümayiş etdirə bilər. Amma bu Çempionlar Liqasıdır. Bu cür maraqlı oyununun olacağını gözləyirdim. Çoxlu qol epizodları yarada bilmədik. Yenə də 1:1 hesabından məmnunuq. Növbəti matçda əlimizdən gələni edəcəyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.