İdman

Avropa çempionatında ilk gün: idmançılarımızdan 1 qızıl və 2 gümüş medal - VİDEO - FOTO

2 Aprel 2014 12:43
1 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir

Çempionatın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə aparıblar.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, 65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov 1/8 finalda bolqar Borislav Noviçkovla qarşılaşıb. Güləşçimiz 4:0 öndə olsa da, sonda 5:13 hesabıyla uduzub. Noviçkov yarımfinalda mübarizəni dayandırdığından, Toğrulun təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.

97 kq çəki dərəcəsində yarışan Xetaq Qazyumov 1/8 finalda Belarusdan olan İvan Yankovskini 7:0 hesabla üstələyib. 1/4 finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olub. 6:2 hesablı qələbə güləşçimizi yarımfinala yüksəldib. Ukrayna təmsilçisi Pavel Oleyniki də üstələyən (4:0) Xetaq Qazyumov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Xetaq rusiyalı rəqibi Abdusalam Qadisova uduzub və gümüş medalla kifayətlənib.

Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabıyla üstün olub. 1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə (10:0) məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gələn güləşçimiz finala yüksəlib. Finalda rəqib ukraynalı Natalya Pulkovskanı tam üstünlüklə - 11:0 məğlub edən Mariya Stadnik 4-cü dəfə Avropa çempionu adını qazanıb.

58 kq-da mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa 1/4 finaldan qoşulub. Bolqarıstanlı Viktoriya Bobevanı 8:4 hesabıyla üstələyən təmsilçimiz yarımfinala yüksəlib. Yarımfinalda belaruslu Anastasiya Huçok üzərində (6:1) qazanılan qələbə Netrebanı finala çıxarıb. Finalda güləşçimiz Valeriya Jolobovaya (Rusiya) uduzub və gümüş medalla kifayətlənib.

Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Güləşsevərlər medal görüşlərini canlı yayımla İdman Azərbaycan telekanalından izləyə biləcəklər.

65 kq
1/8 final - Toğrul Əsgərov - Borislav Noviçkov (BUL) 5-13

97 kq
1/8 final - İvan Yankovski (BLR) - Xetaq Qazyumov 0-7
1/4 final - Staneslav Skaskieviç (POL) - Xetaq Qazyumov 2-6
1/2 final - Xetaq Qazyumov - Pavlo Oleynik (UKR) 4-0
FİNAL - Xetaq Qazyumov - Abdusalam Qadisov (RUS)1-5

48 kq
1/8 final - Mariya Stadnik - Nadejda Fedorova (RUS) 14-2
1/4 final - Mariya Stadnik - Mercedesz Deneş (HUN) 10-0
1/2 final - Madalina Linguraru (ROU) - Mariya Stadnik 0-11
FİNAL - Nataliya Pulkovska (UKR) - Mariya Stadnik 0-11

58 kq
1/4 final - İrina Netreba - Viktoriya Bobeva (BUL) 8-4
1/2 final - İrina Netreba - Anastasiya Huçok (BLR) 6-1
FİNAL - İrina Netreba - Valeriya Jolobova (RUS) 0-5

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.