İdman

Uğursuzluğa düçar olan Olimpiya çempionumuz: "Günahkar..."

2 Aprel 2014 12:18
3 Şərh     Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toğrul Əsgərov (65) Finlandiyada keçirilən Avropa Çempionatındakı start döyüşündə uduzmasına münasibət bildirib

Olimpiya çempionu Toğrul Əsgərov (65) Finlandiyada keçirilən Avropa Çempionatındakı start döyüşündə uduzmasına münasibət bildirib.

Azerisport.az saytına müsahibəsində o, uğursuzluğu belə şərh edib:

"Məğlubiyyətimin səbəbi ilk növbədə özümlə bağlıdır. Məşqlərdə özümü yaxşı hiss edirdim. Hətta çəkicə özümdən ağır olanları məğlub edirdim. Amma məşq ayrı, AÇ kimi belə turnirlər ayrı. Təəssüf edirəm ki, belə uğursuz çıxış etdim. İnanmazsız, amma mən ayaqlarımı hiss etmirdim. Novaçkovu özümə ciddi rəqib hesab etmirəm. Onunla 10 dəfə qarşılaşsam, hamısında qalib gələrdim. Amma burada alınmadı. Bir daha dərk etdim ki, məşqlə bu cür məsuliyyətli turnir bir-birindən çox fərqlənir".

19 aydır rəsmi yarışlara qatılmamasının onun çıxışına təsir etdiyini Əsgərov özü də etiraf edib: "Razıyam. Xeyli müddət məşqlərə ara verdim, sonra formaya düşmək çətin oldu. İndi dərk edirəm ki, ən azı iki turnirdə iştirak etməliydim. Bu qədər fasilə vermək lazım deyildi. Yenidən qələbələr qazanmaq üçün hər şeyi edəcəm. Evə qayıdandan sonra Finlandiyadakı uğursuzluğun səbəblərini bir daha dərk etməyə çalışacam. Novaçkov kimi rəqibə uduzmaq daha üzücüdür. Amma günahkar özüməm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.