İdman

Mariya Stadnik: "Qələbə qazanmaq xoşuma gəlir"

2 Aprel 2014 14:04
0 Şərh     Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Finlandiyada keçirilən güləş üzrə Avropa Çempionatının qızıl medalına sahib çıxan Azərbaycan yığmasının üzvü Mariya Stadnik (48 kq) bu uğuru ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində 4-qat Avropa çempionumuz bunları söyləyib:

"Çox şadam ki, yenidən Avropa Çempionatında qalib oldum. Bu, mənim dördüncü belə uğurumdur. Qələbə qazanmaq xoşuma gəlir. Yığmamızın heyətində qızıl medal qazanan ilk idmançı oldum. Ümidvaram ki, mən yığmamızın digər üzvləri üçün də bir stimul oldum. Bir növ yığma komandanın talismanına çevrildim. Hazırda mənim sadəcə Olimpiya çempionluğum yoxdur. Avropa çempionluğu bu yolda mənim üçün növbəti addım oldu".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.