İdman

Ulduz futbolçu yuvada qalacaq?

2 Aprel 2014 14:53
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Latsio" Klozeyə yeni müqavilə təklif etdi

İtaliyanın "Latsio" klubu Miroslav Klozeni komandada saxlamaq niyyətindədir.

Qol.Az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, klubun prezidenti Klaudio Lotito 35 yaşlı futbolçuya yeni müqavilə təklif etdiklərini bildirib.

Kloze aprelin 25-dək qərarını açıqlamalıdır. "Latsio"da qalmayacağı təqdirdə almaniyalı futbolçunun yenidən ölkəsinə qayıdacağı iddia olunur.

Qeyd edək ki, Kloze bu mövsüm keçirdiyi 25 oyunda 8 qola imza atıb və 5 məhsuldar ötürmə verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.