İdman

"Qəbələ"nin vitse-prezidenti Syominin uğursuz oyunlarından danışdı

2 Aprel 2014 11:24
0 Şərh     Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fariz Nəcəfov: "Yuri Syominə iradımız yoxdur"

"Son uğursuz çıxışlara baxmayaraq, "Qəbələ"nin baş məşqçi Yuri Syominə iradım yoxdur".

Qol.Az-ın xəbərinə görə, bu sözləri "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Rusiyanın İTAR-TASS agentliyinə açıqlamasında bildirib.

"Hesab edirəm ki, hər şey qaydasına düşəcək, qələbələr olacaq. Biz avrukoboklara düşmək imkanlarımızı hələ itirməmişik", - deyə o vurğulayıb.

Rusiyalı yeni transferləri Marat İzmaylov haqda da danışan F.Nəcədov bunları deyib: "O, tədricən forma yığır. Son oyunlarda iştirak etməməsinin səbəbi fiziki formasından yetərincə uzaq düşməsidir. Hər halda, Marat mövsümün ilk hissəsində "Portu"da, demək olar ki, oynamayıb".

Xatırladaq ki, Topaz Premyer Liqada 28 turdan sonra "Qəbələ" 44 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Komanda Azərbaycan Kubokunun yarımfinalında oynamaq hüququ əldə edib ki, bu da komandanın avrokuboklara düşmək şansını saxlayır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.