İdman

Dünyaca məşhur futbolçu mundialda çıxış etməyəcək?

2 Aprel 2014 12:54
1 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aquero: "Dünya çempionatında oynamaya bilərəm"

"Mançester Siti" və Argentina millisinin futbolçusu Serxio Aquero son durumu haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı hücumçu zədəsini sağaltmaq üçün müalicə aldığını deyib. Aquero bildirib ki, yaşıl meydanlara qayıtmaq üçün tələsmir:

"Tez bir zamanda qayıtmağı düşünmürəm. Nə zaman özümü yaxşı hiss etsəm və həkimlər oynamağıma icazə versələr, o vaxt komandama kömək edəcəm. Çünki oynamağa tələssəm, yenidən zədələnərək dünya çempionatında iştirak etməyə bilərəm. Bunun isə olmasını istəmirəm".

Qeyd edək ki, Aquero Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab qarşılaşmasında zədələnmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.