İdman

Ronaldu ilə azarkeşlər arasında nə baş verir?

2 Aprel 2014 10:30
1 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ançelotti: "Ronaldu baş verənləri unudub"

"Levandovskinin bu matçda oynamaması "Borussiya" üçün ciddi itkidir. Ancaq zədəli futbolçuların olmasına baxmayaraq, rəqib komanda yaxşı oyun nümayiş etdirir. Yurgen Kloppa böyük hörmətim var. Çox yaxşı uğurlara imza atıb. "Borussiya" ötən mövsüm Çempionlar Liqasında final oynayıb".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Borussiya" ilə oyun öncəsi deyib.

Dortmund təmsilçisinin ötən mövsüm Madrid klubu ilə oynadığı hər iki matçı izlədiyini söyləyən italiyalı mütəxəssis diqqətli olmalarının vacibliyini vurğulayıb:

"İlk matçın birinci hissəsində "Real" oyunun üstün tərəfi idi. Ancaq ikinci hissədə "Borussiya" möhtəşəm oyun nümayiş etdirmişdi. Buna görə də diqqətli olmalıyıq".

"Valyadolid"lə matçda fitə basılan Kriştianu Ronaldu haqda da danışan Ançelotti portuqaliyalı hücumçunun baş verənləri unutduğunu bildirib: "Ronaldu bu oyuna hazırdır. "Valyadolid"lə matçda komanda yoldaşlarına yaxşı ötürmə vermədiyi üçün azarkeşlər narazılıqlarını bildirmişdilər. Ancaq bu hər zaman ola bilər. Ronaldu olanları unudub".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.