İdman

"Barselona"nın ulduzu sıradan çıxdı

2 Aprel 2014 10:18
1 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu sıradan çıxdı

Çempionlar Liqasının 1/4 final mərhələsində öz meydanında "Atletiko" ilə qarşılaşan "Barselona" ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, görüşün 8-ci dəqiqəsində hava mübarizəsində sərt şəkildə yerə düşən Xerard Pike oyunu davam etdirə bilməyib. Onun əvəzinə isə bu mövsüm ÇL-də cəmi 180 dəqiqə meydanda olan Mark Bartra oyuna daxil olub.

Qeyd edək ki, "Atletiko"da da erkən dəyişiklik etməyə məcbur olub. Belə ki, matçın 32-ci dəqiqəsində əzələsini dartan Dieqo Kosta oyunu tərk edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.