İdman

Çempionlar Liqası: Bu qədər də hörmət olar? - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

2 Aprel 2014 09:55
30 Şərh     Baxış: 10 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:02

UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı start götürüb. Azerisport.az xəbər verir ki, adını son 8 klub arasına yazdırmış iştirakçılardan 4-ü ötən gecə qüvvəsini sınayıb.

Qarşılaşmalardan birində La Liqanın liderləri - "Atletiko" və "Barselona", digərində Çempionlar Liqasının son qalibi "Bavariya" və İngiltərə nəhəngi "Mançester Yunayted" qarşılaşdı.
 
La Liqadan tanış rəqiblər olan "Barselona" və "Atletiko" "Kamp Nou"da üz-üzə gəldi. Cari mövsüm 3 dəfə (2 dəfə İspaniya Superkuboku, 1 dəfə La Liqa) qarşılaşan komandalar hər 3 matçda da meydanı bərabərliklə tərk etmişdi. Elə bu oyunda da tərəflər qalibi müəyyən edə bilmədilər. Odur ki, yarımfinala çıxacaq komandanın adına Madriddəki cavab qarşılaşmasında aydınlıq gələcək.

Gecənin digər matçı isə İngiltərədə keçirildi. Burada "Mançester Yunayted" turnirin mütləq favoritlərindən sayılan və öncəki mərhələdə digər ingilis nəhəngi "Arsenal"ı mübarizədən kənarlaşdıran "Bavariya"nı qəbul etdi. Günün digər matçında olduğu kimi, bu oyunda da qalib müəyyənləşmədi. Bu üzdən hər şey Münhendə öz cavabını tapacaq.
 
Çempionlar Liqası
1/4 final
1 aprel
 
Barselona (İspaniya) - Atletiko (İspaniya) - 1:1
Qollar: Neymar, 71 - Dieqo, 56.

Mançester Yunayted (İngiltərə) - Bavariya (Almaniya) - 1:1
Qollar: Vidiç, 58 - Şvaynştayger, 67.

Milli.Az

-----------
09:12

Videoları izləmək üçün şəkillərə klikləyin.




---------
09:55

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.