İdman

Məşhur aktyor "Barselona"nı ələ saldı

31 Mart 2014 19:02
4 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur "Doctor House" teleserialı çoxdan başa çatsa da, həmin serialda baş rolda oynamış aktyor Hyu Lorinin populyarlığı azalmayıb.

Bu dəfə o, İspaniyanın "Barselona" klubunun futbolçularına sataşıb.
 

Milli.Az El Mundo Deportivo-ya istinadən bildirir ki, İngiltərənin "Fulhem" klubunun azarkeşi olan britaniyalı aktyor İspaniya primerasında oynanmış "Barselona"-"Espanyol" matçına baxıb. Bu qarşılaşmada "Barsa" güc-bəla ilə 1:0 hesablı qələbəyə nail olub.
 

Hyu Lori də Twitter-dəki profilində yazıb: "Bu "Barselona"nın futbolçularının ayaqlarını sındırmadan topa necə toxunduqlarını anlamıram. Onlar Meysen çinisindən olan fiqurlar kimi yıxılırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.