İdman

Canlı əfsanə: "Qalatasaray"a qayıtsaq, "Fənər" çempion olmaz"

31 Mart 2014 09:17
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə Superliqasının son turunda "Qalatasaray"ın "Konyaspor" ilə heç-heçə etməsindən sonra komandanın keçmiş futbolçusu və məşqçisi Hasan Şaş maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, veteran futbolçu Fatih Terim və onun "Qalatasaray"dan ayrılmasından sonra komandanın çox zəiflədiyini deyib:

"Komandanın əvvəlki ruhu yoxdur. Görünür ki, kollektivdə komanda ruhu itib. Əgər Fatih Terimlə bərabər "Qalatasaray"a qayıtsaq, "Fənərbağça" bu qədər rahat çempion ola bilməz. Biz komandadan gedəndə "Qalatasaray"ı iki dəfə çempion edib, koboku, superkuboku və "Emirates" kubokunu qazanmışdıq".

Qeyd edək ki, Hasan Şaş ötən il Fatih Terimlə birgə "Qalatasaray"dan ayrılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.