İdman

Ərəb çempion Ferrari-sini qızılla örtdü - FOTO

31 Mart 2014 12:04
2 Şərh     Baxış: 3 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kikboksinq üzrə dünya çempionu Riyad əl Əzzavi Ferrari 458 Spider markalı superlüks avtomobilini qızıl suyu çəkilmiş vinillə örtdürüb.

Hazırda Londonda yaşayan ərəb idmançı bu qızılı avtomobilini şəhərin məşhur Könsinqton küçəsində saxlayır.


Əl Əzzavinin yaşadığı ev və məşq etdiyi salon da həmin küçədədir.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əl Əzzavinin 200 min funt-sterlinqə satın aldığı Ferrari 458 Spider-in 4 min funtun müqabilində qızıl vinillə örtüldüyü vurğulanır.


İraqda doğulan, 13 yaşında kikboksinqlə məşğul olmağa başlayan və 6 dəfə ölkə çempionu olan Riyad Əl Əzzavi indiyədək keçirdiyi döyüşlərin heç birində uduzmayıb, 35 döyüşü nokautla başa vurub.


O, 2008-ci ildə məşhur ərəb müğənni Syuzanna Təmimlə evlənib, elə həmin il də Britaniyada yaşamağa başlayıb.


2008-ci ildə dünya çempionu titulunu qazanan əl Əzzavi çempionuluğu qoruyur.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.