İdman

Zidanla dostları gənclərə dərs keçdilər - VİDEO - FOTO

5 Mart 2014 10:00
1 Şərh     Baxış: 1 327

Zidanın və Ronaldonun dostları "Kasıbçılığa qarşı" xeyriyyə matçında "Yanq Boyz" klubunu məğlub ediblər.

Milli.Az xəbər verir ki, xeyriyyə oyunu İsveçrənin Bern şəhərində keçirilib. "Kasıbçılığa qarşı matç"da dünyanın ulduz oyunçuları iştirak ediblər. "Zinəddin Zidan və Ronaldonun dostları" yerli komanda "Yanq Boyz" ilə qarşılaşıb. Türkiyənin əfsanəsi Hakan Şükür də oyunda iştirak edib.

Zidan və Ronaldonun dostları peşəkar klubu 8:6 hesabı ilə məğlub ediblər.

Zidan və Ronaldonun dostları: Antonios, Nikopolidos, Fernando İyerro, Fabio Kannavaro, Paolo Maldini, Luiş Fiqu, Cennaro Qattuzo, Zidan, Pavel Nedved, Ronaldo və Davor Şuker.

"Yanq Boyz"un oyunçularından başqa, karyerasını başa vurmuş Stefan Şapüiza və türk əsilli məşqçi Hakan Akın da oynayıblar.

Tuncay

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.



loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ZRF · 5 Mart 2014 10:0600

    SUPER OYUN İDİ !!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.