Dünya çempionatı: İngiltərə və Argentina yarımfinalda!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Milli.Az xəbər verir ki, son oyun günündə İngiltərə və Argentina yarımfinala vəsiqə qazanan komandalar olublar.
Mundialın əsas favoritlərindən sayılan İngiltərə millisi Mayamidə yerləşən "Hard Rok" stadionunda 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveç yığması ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı 36-cı dəqiqədə Andreas Şelderup açıb. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə Cud Bellinqem tarazlığı bərpa edib. Əlavə vaxtın 93-cü dəqiqəsində ikinci dəfə fərqlənən Bellingem İngiltərəyə 2:1 hesablı qələbə qazandıraraq komandasını yarımfinala daşıyıb.
Günün digər 1/4 final görüşündə isə Argentina və İsveçrə yığmaları "Kanzas Siti" stadionunda üz-üzə gəliblər. Qarşılaşmada hesabı 10-cu dəqiqədə Aleksis Makallister açsa da, Dan Ndoye 67-ci dəqiqədə bərabərlik qolunu vuraraq oyunu əlavə vaxta daşıyıb.
Əlavə vaxtda üstün oyun nümayiş etdirən Cənubi Amerika təmsilçisi qələbəni əldən verməyib. Julian Alvarez 112-ci dəqiqədə Argentinanı yenidən hesabda önə çıxarıb, 120+1-ci dəqiqədə isə Lautaro Martines üçüncü qolu vuraraq komandasının 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
Beləliklə, yarımfinal mərhələsində İngiltərə və Argentina komandaları bir-birinə rəqib olacaqlar.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
"Tam Store" barədə inzibati protokol tərtib olunub
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)
-
Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
İranda zəlzələ oldu





