Erlinq Haaland ferma qurub inək saxlayacaq - (Fotolar)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Norveç millisinin və "Mançester Siti" klubunun hücumçusu Erlinq Haalandın futbol karyerasını başa vurduqdan sonra fermerliklə məşğul olmaq istəməsi ilə bağlı açıqlaması yenidən gündəm olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu daha əvvəl südün sağlamlıq üçün faydalarından danışıb.
Ötən il İngiltərənin Çeşir qraflığında yerləşən fermalardan birinə səfəri zamanı yayımladığı videoda südü "super qida" adlandıraraq onun sümüklər, əzələlər, dəri və ümumi sağlamlıq üçün faydalı olduğunu bildirib.
İngiltərənin Lids şəhərində doğulan Haaland uşaqlıq illərini Norveçin Bryne şəhərində keçirib. O bildirib ki, kənd təsərrüfatı mühitində böyüməsi səbəbindən traktor sürmək və fermalarda vaxt keçirmək ona rahatlıq verir.
Haaland hələ 2022-ci ildə ESPN-ə müsahibəsində futbolu başa vurduqdan sonra Brynedə kiçik bir ferma qurmaq arzusunda olduğunu açıqlamışdı.
"Düşünürəm ki, karyeramı bitirdikdən sonra Brynedə kiçik bir fermam olacaq. Harada olacağını dəqiq bilmirəm, amma mütləq bir neçə heyvan saxlayacağam", - deyə futbolçu bildirib.
Qeyd edək ki, hazırda Dünya Çempionatında Norveç millisinin əsas simalarından biri olan Haaland turnirdə indiyədək yeddi qol vurub.
Onun iki qolu Norveçin Braziliyanı mübarizədən kənarlaşdıraraq dörddəbir finala yüksəlməsində həlledici rol oynayıb. Komanda növbəti mərhələdə İngiltərə ilə qarşılaşacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)





